...

XİN: Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlarla bağlı məlumat araşdırılır

Siyasət Materials 8 Oktyabr 2018 16:04 (UTC +04:00)
Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlarla bağlı məlumat araşdırılır
XİN: Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlarla bağlı məlumat araşdırılır

Bakı. Trend:

Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən A.Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərini şərh edərkən bildirilib.

Azərbaycan XİN bildirir: “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti