...

Azərbaycanda son 14 ildə insan alveri ilə bağlı 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb

Siyasət Materials 30 Oktyabr 2018 10:38 (UTC +04:00)
Azərbaycanda son 14 ildə insan alveri ilə bağlı 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb.
Azərbaycanda son 14 ildə insan alveri ilə bağlı 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandığı 2004-cü ildən indiyə qədər görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

H.Heydərov bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir.

O qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti