...

Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub (FOTO)

Siyasət Materials 31 Oktyabr 2018 15:42 (UTC +04:00)
Zakir Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.
Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda inşa olunan əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti