Azərbaycan Gənclərinin VIII Forumu keçirilib (FOTO)

Azərbaycan Gənclərinin VIII Forumu keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində həmçinin Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov dövlət gənclər siyasətinin muxtar respublikada da uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. O bildirib ki, muxtar respublikada gənclərin problemlərinin həlli, onların məşğulluğu, yaradıcı təşəbbüslərinin reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği məsələlərinə xüsusi diqqət yetirilir.

Muxtar respublika əhalisinin 140 min nəfərini (30,8 faiz) gənclərin təşkil etdiyini deyən A.Cabbarov bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, onların muzeylərə, tarixi abidələrimizə ekskursiyaları təşkil olunur. Nazir vurğulayıb ki, bu gün əldə olunan uğurlar bu sahəyə yüksək diqqət və qayğının göstəricisidir.

Daha sonra tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. F.Cəfərov bildirib ki, Azərbaycan gənclərə göstərilən xidmət və yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. O qeyd edib ki, Azərbaycan, həmçinin BMT-nin “İnsan İnkişafı İndeksi”ndə də dünyada ilk sıralardadır.

F.Cəfərov vurğulayıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar kimi, Gənclər Fondu da bu sahədə səmərəli fəaliyyət göstərir. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fondun fəaliyyət dairəsinin və səlahiyyətlərinin genişləndirilməsi gənclər üçün yeni imkanlar yaradır. O qeyd edib ki, yaradılan imkanlardan bəhrələnən gənclərimiz ən müasir biliklərə yiyələnərək ölkəmizi beynəlxalq arenada uğurla təbliğ edir, dövlətimizin inkişafına mühüm töhfə verir, Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. M.Məcidova bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. O qeyd edib ki, beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən Şura Avropa Könüllülük Xidməti, “ERASMUS+” proqramları üzrə, eləcə də Avropa Gənclər Fondu və digər qurumlarla səmərəli əməkdaşlıq edir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan gəncliyinin bugünkü inkişafının, əldə etdiyi mühüm uğurların əsasında ulu öndər Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə əsasını qoyduğu dövlət gənclər siyasətinin yüksək səviyyədə reallaşdırılmasının dayandığını deyib.

O qeyd edib ki, bu yüksək diqqət və qayğı nəticəsində gündən-günə inkişaf edərək ən müasir tələblərə cavab verən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq təşkilatlarda, tədbir və forumlarda uğurla təmsil edirlər. S.Orucov vurğulayıb ki, təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb.

Sonra Dünya Skautlar Təşkilatının icraçı direktoru Ahməd Əlhəndavinin və BMT baş katibinin gənclər üzrə xüsusi elçisi xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına videomüraciətləri dinlənilib.

Videomüraciətlərdə Azərbaycan dövlətinin dünyada gənclər siyasətinin inkişafına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin inkişafı, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradılıb. Videomüraciətdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans və forumların beynəlxalq gənclər hərəkatının inkişafında rolu yüksək qiymətləndirilib.

Tədbirin ikinci hissəsində zona toplantılarından Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri bölgələrdə görülən işlər barədə hesabat məruzələri ilə çıxış ediblər. Həmçinin müxtəlif sahələri təmsil edən gənclərin çıxışları dinlənilib.

Sabirabadda ikimərtəbəli ev yanıb
Sabirabadda ikimərtəbəli ev yanıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Loading Bars
Xəbər lenti
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Bütün xəbərlər