...

Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib

Siyasət Materials 27 Dekabr 2018 21:29 (UTC +04:00)
Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.
Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib

Bakı. Trend:

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.

Trend-in məlumatına görə, bu barədə prezidentin bu gün imzaladığı fərmanda bildirilir.

Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti