...

Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Siyasət Materials 21 Yanvar 2019 19:03 (UTC +04:00)
Prezident İlham Əliyev Meksika Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı verib.
Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Meksika Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti