Azərbaycan Prezidenti: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik

Azərbaycan Prezidenti: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik

Bakı. Trend:

Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib ki, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır: “Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq”.

İlham Əliyev qeyd edib ki, həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Bunun təşəbbüskarı da Azərbaycandır:

“Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var”.

Prezident vurğulayıb ki, eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır”.

Dövlət başçısı əlavə edib ki, eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb - Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox məsələləri əhatə edir, o cümlədən münaqişə ilə bağlı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik uğurumuzdur. Bu, xarici siyasətimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, - BMT-dən sonra ikinci böyük təşkilatdır, - münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz buna nail ola bilmişik. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim müstəqil siyasətimizə dəstək var”.

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır: “Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər - FAKTLAR
Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər - FAKTLAR
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi
İtaliyalı memarlar Zəfər muzeyinin hazırlanması işlərinə cəlb olunub (FOTO)
İtaliyalı memarlar Zəfər muzeyinin hazırlanması işlərinə cəlb olunub (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı
Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri düşməni belə məhv edib (FOTO/VİDEO)
Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik
Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət
Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb - Agentlik
Vətən Müharibəsi iştirakçısı barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib
Modul Tipli Hospitalda qanunsuz işdən çıxarılma və maaşların gecikməsi iddialarına aydınlıq gətirildi
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
Xocavənd rayonunun Ağdam kəndi (FOTO/VİDEO)
İsmayıllı-Qəbələ-Şəki yolunun bir hissəsində çətinliklər yaranıb (VİDEO)
Bakıda qarın hündürlüyü 20 sm-dir - FAKTİKİ HAVA
Bütün xəbərlər