...

Bakı Şəhər İcra Hakimiyyəti Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşü ilə bağlı məlumat yayıb

Siyasət Materials 26 Fevral 2019 23:45 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşü ilə bağlı məlumat yayıb
Bakı Şəhər İcra Hakimiyyəti Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşü ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşü ilə bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir: "Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib. Əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.

Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti