Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir (MÜSAHİBƏ)

Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir (MÜSAHİBƏ)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Trend-in suallarını cavablandırıb:

- Mübariz müəllim, təmir-bərpa işləri adı altında ermənilər Şuşadakı “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişikliklər ediblər. Bunu son günlər məscidin mediada yayılmış şəkilləri də təsdiqləyir. Açıq-aydın görünür ki, bərpa adı altında tariximiz saxtalaşdırılır. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə də erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv ediblər. Onlar bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Onu da deyim ki, işğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, etnik təmizləmə siyasəti apardığını, beynəlxalq hüquq normalarına məhəl qoyulmadığını bir daha dünya ictimaiyyətinə çatdırdı.

“Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər. Bu, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz apardıqları arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri dağıdır, tarixi-mədəni irsimizi isə saxtalaşdırırlar.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər.

Biz bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Tələb etmişik ki, Ermənistan vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalı, bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Biz beynəlxalq ictimaiyyətdən işğalçı Ermənistana layiq olduğu münasibəti göstərməsini tələb edirik. Bu istiqamətdə mümkün tədbirləri görürük.

- Təmir işlərinin İran şirkəti tərəfindən aparıldığı bildirilir. Bununla bağlı hansısa araşdırma aparılıbmı?

- Bizdə olan məlumata əsasən,”bərpa” işlərini İranın “Part Saman Cahan Co” şirkəti həyata keçirir. Hətta erməni tərəfi bildirib ki, “bərpa” üçün İran şirkətinin seçilməsi təsadüfi deyil. Çünki guya bu məscidin İran tarixi və mədəniyyəti ilə sıx bağlılığı var. Ümumiyyətlə, işğal altında qalmış Azərbaycan xalqına məxsus İslam inciləri məqsədli şəkildə İran mədəni irsinə mənsub abidələr kimi qələmə verilir. Məsələn, məlum olduğu kimi, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq uslubu dəyişdirilərək iranlaşdırılıb. Halbuki işğal altında qalmış bütün tarixi-mədəni abidələr Azərbaycan xalqına, onun mədəni irsinə məxsusudur. Tarixdən hamıya məlumdur ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi.

Erməni mətbuatının yazdığına görə, “Yuxarı Gövhər ağa” məscidinin “bərpası layihəsi” qondarma Artsax hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olunur. Ümumi restavrasiya, incə işləmələr və çini işlər iranlı incəsənət ustaları tərəfindən həyata keçirilir.

Onu da deyim ki, “Part Saman Cahan Co” şirkətinin rəhbəri Səid Nəhəvəndinin Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil aldığı bildirilir. Məncə, təkcə bu fakt çox şeyi deyir.

- İran tərəfinə bu barədə hansısa formada müraciət edilibmi?

- Ermənilərin təmir-bərpa işləri bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürülməsi onların “özgələşdirmə və özününkiləşdirmə” siyasətini bir daha sübut edir. Qarşı tərəfin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və hansısa xarici şirkəti cəlb etməsi Azərbaycanla yanaşı, bütün İslam dünyasına, dünya mədəniyyətinə qarşı qəsd deməkdir. Bu baxımdan qonşu, dost ölkə olan İranın hansısa şirkətinin bu prosesdə iştirakı bizi çox təəssüfləndirir. Biz bu barədə İranın müvafiq dövlət qurumlarının rəhbərlərinə, eləcə də ölkəmizdəki səfirliyinə dəfələrlə mövqeyimizi bildirmişik. Qeyd etmişik ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Hansısa müsəlman ölkəsinin və ya onun vətəndaşının bu mənəvi terrorda iştirakı qəbuledilməzdir. Üstəlik, bütün İslam dünyasının bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı kimi tanıyıb. Bu faktdan sonra hansısa müsəlman ölkəsinin belə bir məsələdə ermənilərlə əməkdaşlığı nə dinimizin, nə beynəlxalq hüququn prinsiplərinə uyğundur. Ümid edirik ki, dost, qardaş İran bu ölkədə yaşayan ermənilərin İran-Azərbaycan münasibətlərinə xələl gətirmək niyyətinin qarşısını alacaqdır.

Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Loading Bars
Xəbər lenti
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Bütün xəbərlər