...

Əli Əhmədov: Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu

Siyasət Materials 26 Oktyabr 2019 16:30 (UTC +04:00)
Qoşulmama Hərəkatına sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu.
Əli Əhmədov: Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və hərəkata sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

İcra katibi qeyd edib: "Dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatı müasir beynəlxalq problemlərin intensiv şəkildə müzakirə olunduğu əhəmiyyətli diskussiya platformasıdır. Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həllinə dünya birliyinin diqqətinin cəlb edilməsində onun böyük rolu danılmazdır. Qoşulmama Hərəkatına sədrliyin növbəti 3 il ərzində Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında aktiv iştirakçıya çevrildiyini, bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə töhvə vermək niyyətini və imkanlarını isbata yetirir. İlham Əliyevin fəal xarici siyasəti yeni uğurlar qazanır, Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır. İrəli Azərbaycan!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti