Prezident İlham Əliyevə müxtəlif ölkələrin din xadimlərindən təşəkkür məktubu gəlməkdədir

Prezident İlham Əliyevə müxtəlif ölkələrin din xadimlərindən təşəkkür məktubu gəlməkdədir

Bakı. Trend:

BMT Baş katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuqdan Prezident İlham Əliyevə təşəkkür məktubu gəlib.

Məktubda deyilir: "Zati-aliləri, Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim.

Mən, həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə öz səmimi minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti Dünya dini liderlərinin II Bakı Sammitində bir araya gətirmək istiqamətində Sizin liderliyinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Əlcəzair Xalq Demokratik Respublikası Ali İslam Şurasının sədri Buabdullah Qulamullahdan:

"Möhtərəm Prezident. Zati-alinizin rəhbərliyi ilə keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində iştirak etməkdən böyük şərəf duydum. Həmçinin mənim üçün şərəf idi ki, bəşəriyyətə xidmət etdiklərinə inanan sadiq insanların iştirak etdiyi tədbirdə Əlcəzair Xalq Demokratik Respublikası adından çıxış etdim. Bu insanlar dinin ötəri və batil dünyəvi məqsədlər naminə təhrif edilməsinə, müqəddəs olanı ləkələyənlərə, dinin ruhaniliyinə xələl gətirənlərə, onu bəşəriyyətə xidmət edən nəcib hədəflərindən uzaqlaşdıraraq özlərinin bəd niyyətlərinə yönəldənlərə etiraz edirlər.

Bakı Bəyannaməsi Sizin dinə və bəşəriyyətə xidmət yolunda istəyinizi və fəaliyyətinizi nümayiş etdirdi. Uca Allah da işlərinizin uğurla başa çatmasına yardımçı oldu.

Gözəl qonaqpərvərliyə görə Sizə və tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Sizinlə bir daha görüşüb Bakı Bəyannaməsinin ifadə etdiyi prinsiplərə və dəyərlərə sadiq qalaraq birgə işləməkdən şərəf duyardıq.

Uca Allah Sizə qüvvət versin və müstəqil Azərbaycan Respublikasının qüdrətini daha da artırsın".

XXX

Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Jihonqdan:

"Hörmətli cənab Prezident. Biz - Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Zhihong və baş katibin müavini Liu Shitian bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etdik. Mən Sammitin təşkilat komitəsinin səmimi qəbuluna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sammit çox uğurla keçdi, multikultural ünsiyyət və müxtəlif dinlər arasında inteqrasiyanın təşviqində böyük irəliləyiş əldə olundu. Bu, ölkənizin dünyada sülhü qorumaq sahəsində məsuliyyətini əks etdirir.

Assosiasiyamız ölkənizlə daha da sıx əlaqə saxlamağa, iki ölkənin dini mədəniyyəti arasında ünsiyyət və əməkdaşlığı artırmağa, bütün bəşəriyyətin harmonik inkişafına birlikdə səy göstərməyə və töhfələr verməyə ümid bəsləyir.

Sonda Assosiasiyamızın Sizə olan dərin hörmət və minnətdarlığını qəbul etməyinizi xahiş edirik".

XXX

Ali müfti, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Şeyxülislam Talqat Səfa Tacuddin Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident. İcazə verin, Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkil edilməsinə və məhsuldar keçirilməsinə, həmçinin Sammitin qonaqlarının və iştirakçılarının səmimi qəbuluna görə Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsi adından və öz adımdan Sizə səmimi təşəkkürümü bildirim.

Azərbaycan Respublikasında İslam mənəvi irsinin əbədi dəyərlərinin layiqincə bərqərar olması, Azərbaycan xalqının bənzərsiz mədəniyyətinin inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı üçün Sizin fədakar səyləriniz sayəsində hər cür şərait yaradılıb.

Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiramımı və xoş arzularımı bildirirəm.

Sizə xoş dualar edir və mehriban qonşular kimi əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm".

XXX

İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayandan:

"Zati-aliləri. Müsəlman ölkəsi Mərakeşdə doğulmuş baş ravvin olaraq, Sizin himayənizlə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitinin panel müzakirələrində iştirak etmək üçün məni dəvət etdiyinizə görə Sizə böyük məmnunluq hissi ilə minnətdarlığımı bildirirəm.

Müxtəlif ölkələrin dini liderlərinin, siyasi xadimlərinin və mütəxəssislərinin qatıldığı həmin tədbirdə iştirak etmək mənim üçün həqiqətən də şərəf idi.

Bu Sammit müxtəlif mədəniyyətlər arasında münasibətlərin təşviqi, dinlərarası dialoqun, eləcə də qarşılıqlı anlaşma və hörmət kimi insani dəyərlərin inkişafı və insan ləyaqətinə hörmətin, həmrəyliyin önəmini vurğulamaq baxımından çox böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycanın birgəyaşayış üçün nümunəvi ölkə olması tədbirdə iştirak edən hər kəsə xoş təəssürat bağışladı.

Səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Gələcəkdə təşkil edəcəyiniz tədbirlərdə iştirak etməyi və Zati-alinizlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə dərin təşəkkürümü və ən xoş arzularımı çatdırıram".

XXX

İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurasının sədri Anggia Erma Rinidən:

"Zati-aliləri, cənab Prezident. Bu ilin noyabrın 14-15-də Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitində bizimlə birlikdə iştirakınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu, mənim indiyədək qatıldığım ən maraqlı Sammitlərdən biri idi. İkigünlük tədbir məndə dərin təəssürat və xoş duyğular oyatdı və burada səmimi qonaqpərvərliklə qarşılandım. Bakı mənim yaddaşımda heç vaxt unudulmayacaq gözəl bir şəhər kimi qaldı.

Tədbirin dünya ölkələrində müxtəlifliyə həsr olunmuş mövzusunu da yüksək qiymətləndirirəm. Şəxsən mən inanıram ki, İndoneziya tədbir zamanı müxtəlifliyi həqiqi mənada nümayiş etdirə bildi. Bu mövzu İndoneziyada yaşayan insanların həyat şəraitini tam şəkildə əks etdirir. Müxtəliflik Allahın bəşəriyyət üçün müəyyən etdiyi bir yoldur. İnsanlara qarşı dözümlülük nümayiş etdirmək icmalarımızın dini liderləri kimi bizim öhdəliyimizdir. Ümid edirəm ki, bu təşəbbüs sayəsində İndoneziya və Azərbaycan bir-birini tamamlaya bilərlər.

İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurası dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman qadınlarla əməkdaşlıq etməyə ümid bəsləyir. Təşkilatımız təkcə İndoneziyada deyil, həmçinin dünyada gənc müsəlman qadınların ən böyük təşkilatıdır. Onun əsas missiyası İndoneziyada qadınların hüquqlarını qorumaqdan, aləmlərə rəhmət olaraq göndərilmiş fikri inkişaf etdirməkdən və yaymaqdan ibarətdir.

İki ölkə arasındakı xoş və davamlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsinə və güclənməsinə ümid edirəm.

Mənə göstərdiyiniz hörmətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm".

XXX

Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmendən:

"Zati-aliləri. Hörmətli Patriarxımız Mor İqnatius II Efrem Kerimi və Antakya Süryani Ortodoks Kilsəsini təmsil etmək üçün noyabrın 14-15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitində iştirak etmək məndə böyük şərəf və məmnunluq doğurub.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətində yurddaşlar arasında qarşılıqlı hörmət, sevgi və tolerantlıq şəraitindən çox təsirləndiyimi ifadə etmək istəyirəm.

İnanıram ki, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə birlikdə fəaliyyətiniz mənəvi, mədəni və ictimai baxımdan dünyanın bir çox ölkələri üçün gözəl nümunədir.

Dini və etnik mənsubiyyət fərqi qoymadan plüralist bir düşüncə ilə insanlığa və ölkənizə xidmətlərinizdə Zati-alinizə Uca Allahdan güc və cansağlığı arzu edirəm".

XXX

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü Müfti şeyx Ravil Qaynutdindən Prezident İlham Əliyevə məktub gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident! Dünya dini liderlərinin İkinci Bakı Sammitinin gözəl təşkili və keçirilməsi münasibətilə Sizə çoxmilyonlu Rusiya müsəlmanları ümməti adından və şəxsən öz adımdan dərin ehtiramımı və təşəkkürümü bildirmək istəyirəm.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri və Bakı Sammitinin iştirakçısı kimi qeyd etməliyəm ki, bu əlamətdar tədbir ən yüksək dünya standartları səviyyəsində keçirildi. Dünya dini liderləri, aparıcı ekspertlər, görkəmli alimlərlə görüşmək və konfessiyalararası və sivilizasiyalararası dialoqun ümdə problemlərini müzakirə etmək üçün yaradılmış nadir imkana görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Sammitdən aldığımız ən gözəl təəssüratlar Azərbaycana xas olan misilsiz qonaqpərvərlik və xoşniyyətlilik rəylərini daha da artırdı.

Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz bu illər ərzində ölkədə bərqərar olmuş dövlət-din əməkdaşlığının bütün xalq naminə xüsusi ab-hava yaratmasını sevinclə qeyd edirəm. Mənim İslamda din qardaşım və yaxın dostum Şeyxülislam Allahşükür Paşazadə bizim hər görüşümüzdə bunu qeyd edir və biz Sizin bütün xalqlar arasında sülh və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş əməlisaleh işlərinizi xatırlayaraq Sizə dua edirik.

Dünya dini liderlərinin II Bakı Sammiti Sizin Azərbaycanda tolerantlığı və multikulturalizmi inkişaf etdirmək mövqeyinizin dəyişmədiyini təsdiqlədi. Azərbaycan ümumbəşəri əhəmiyyət kəsb edən bu istiqamətlərdə inamla dünya liderinə çevrilir.

Cənab Prezident, icazə verin, dünya miqyaslı və dünya əhəmiyyətli tədbirin təşkilinə görə, Sizə və Sizin timsalınızda qonaqpərvər, əməksevər və çox tolerant Azərbaycan xalqına bir daha təşəkkür edim.

Sizə əmin-amanlıq, Allahın şəfqət və mərhəmətini diləyirəm. Amin".

"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Loading Bars
Xəbər lenti
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Bütün xəbərlər