...

Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Siyasət Materials 21 Dekabr 2019 09:46 (UTC +04:00)
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.
Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.

Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.

D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən ölkə kimi Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti