...

Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir (FOTO/VİDEO)

Siyasət Materials 21 Yanvar 2020 15:40 (UTC +04:00)
Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.
Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

Trend-in məlumatına görə, seçicilərlə görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Naqif Həmzəyev həmçinin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisində olan məhəllələrdə olur, seçicilərlə grüşür.

Seçiçilər də öz növbəsində deputatlığa namizədin görüşlərinə böyük maraq göstərir, onları maraqlandıran sualları Naqif Həmzəyevə ünvanlayırlar.

Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev bildirib ki, V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam.

Naqif Həmzəyevin V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq, növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Naqif Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti