...

Prezident İlham Əliyev Xorvatiyanın Baş Naziri ilə görüşüb

Siyasət Materials 21 Yanvar 2020 21:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
Prezident İlham Əliyev Xorvatiyanın Baş Naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti