...

Daha bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi

Siyasət Materials 24 Fevral 2020 17:38 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Daha bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən deputatlığa namizəd Rüfət Əliyev MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti