...

Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

Siyasət Materials 25 Fevral 2020 22:17 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib
Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti