...

Azərbaycanın Türkiyədəki səfirliyində "qaynar xətt" yaradılıb

Siyasət Materials 15 Mart 2020 10:14 (UTC +04:00)
Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb
Azərbaycanın Türkiyədəki səfirliyində "qaynar xətt" yaradılıb

Bakı. Trend:

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt" yaradılıb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən "Qaynar xətt" yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740" - deyə, məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti