...

Fazil Mustafa: Vətəndaşlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar

Siyasət Materials 6 Aprel 2020 11:30 (UTC +04:00)
Fazil Mustafa: Vətəndaşlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar

Bakı. Orxan Cuvarlı - Trend:

İnsanlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasına qarşı görülən tədbirlər zərurətdən doğur və hökumətin əsas niyyəti vətəndaşları bu virusdan qorumaqdır:

“Bu addımların atılması hökumətin nə qədər çevik davrandığını göstərir. Başqa ölkələrlə müqayisədə bizdə pandemiyanın geniş vüsət almamasının da səbəbi budur. Buna baxmayaraq xüsusi karantin rejimini ciddi qəbul etməyənlər da var. Vətəndaşlar xüsusi karantin rejiminin yaratdığı sosial məsuliyyəti dərk etməlidirlər. İnsanlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar. Əminəm ki, vətəndaşların bu məsələdə məsuliyyətli davranışı daha az itki ilə nəticələnəcək”.

F.Mustafa koronavirusla mübarizədə kütləvi informasiya vasitələrinin rolunu xüsusi vurğulayıb:

“İndiki vəziyyətdə vətəndaşların informasiya təminatı vacib şərtlərdən biridir. Real və operativ informasiya təminatı qaydalara riayətə stimul verir. Müəyyən olunmuş müddət ərzində xüsusi karantin rejiminin qaydalarına əməl edilsə, ölkəmiz bu vəziyyətdən minimum zərərlə çıxacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti