...

Tahir Rzayev: AYİB sədrinin ölkəmizdə koronavirusa qarşı görülən işlərə yüksək dəyər verməsi çox sevindiricidir

Siyasət Materials 29 Aprel 2020 13:58 (UTC +04:00)
Tahir Rzayev: AYİB sədrinin ölkəmizdə koronavirusa qarşı görülən işlərə yüksək dəyər verməsi çox sevindiricidir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfransda söylədiyi fikirlər bu günün reallıqlarını əks etdirir və dünyada baş verən hadisələri, xüsusilə də koronavirus pandemiyasının yaratdığı çətinlikləri qiymətləndirmək baxımından vacibdir. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkə rəhbərinin respublikanın inkişafı, eləcə də koronavirusa qarşı gördüyü işlərə yüksək dəyər verməsi çox sevindiricidir.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, məhz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində qabaqlayıcı tədbirlərin vaxtında görülməsi, lazım olan vəsaitin vaxtında ayrılması və insanların maarifləndirilməsi xəstəliyin kütləvi yayılmasının və böyük itkilərin qarşısını alıb:

“Cənab Prezident həmişə olduğu kimi, vətəndaşlarının təhlükəsizliyini, sağlamlığını, rahatlığını birinci dərəcəli vəzifə hesab etdi və bunun üçün milyardlarla vəsaitin ayrılmasına tapşırıq verdi. Qeyd edildiyi kimi, bu məbləğ bizim iqtisadiyyatımız üçün yükdür, valyuta ehtiyatlarımıza təsir göstərir. Ancaq ölkə başçısının söylədiyi kimi, Azərbaycan vətəndaşı daha əzizdir.

Bu çətinliklərə baxmayaraq Azərbaycan müsbət nəticələr də əldə edib. Belə ki, I rübdə qeyri-neft sektorunda 3 faiz, qeyri-enerji sahəsində 23 faiz artım müşahidə olunub”.

Komitə sədri vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkə rəhbərinin respublikanın inkişafı, eləcə də koronavirusa qarşı gördüyü işlərə yüksək dəyər verməsi çox sevindiricidir:

“Çətinliklərə baxmayaraq onun Azərbaycanı ilin ilk rübündə iqtisadi artıma nail olan azsaylı ölkələrdən biri, bəlkə də yeganə ölkə kimi qiymətləndirməsi dövlətimizin rəhbərinin yürütdüyü siyasətin düzgünlüyünə, sistemliliyinə, ilk növbədə insanların rifahına istiqamətləndirilməsinə verilən yüksək qiymətdir. Bu gün dünyanın əksər dövlətlərinin rəhbərləri, siyasətçiləri, beynəlxalq təşkilatları bu fikirdədir və dövlət başçımıza ünvanlanan xoş sözlər birliyimizi, həmrəyliyimizi, işgüzarlığımızı bir daha sübut edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti