...

Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Siyasət Materials 1 İyul 2020 12:53 (UTC +04:00)
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Bakı. Trend:

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə Fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosyal xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.

UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikro maliyyələşmənin təmin edilməsi istiqmətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir. Hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti