...

Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir (VİDEO)

Siyasət Materials 7 İyul 2020 19:59 (UTC +04:00)
Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir (VİDEO)

Bakı. Trend:

Ermənilər tez-tez öz tarixlərini qədim dövrlərə bağlamağa çalışırlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, 1800-cü illərdə Ermənistan adlı bir dövlətin, qurumun guya mövcud olduğunu sübut etməyə çalışırlar. Hətta onlar bu mövzunu araşdırıb sübüt edəcək tarixçilərə mükafatlar da vəd edirlər:

"Cənab Prezident çox mühüm məsələyə toxundu. "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir. Sənəddə ancaq Qarabağ xanlığının adı çəkilir".

A.Nağıyev bildirib ki, ermənilər saxta tarixlərini öz vətəndaşlarına sırımaqla, yenidən bu saxta tarixlərinə qayıtmaq, guya öz olmayan keçmişlərini sübut etməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti