...

Əsli Kazımova: Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsi rəsmi İrəvanı təşvişə salıb

Siyasət Materials 30 İyul 2020 15:13 (UTC +04:00)
Əsli Kazımova: Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsi rəsmi İrəvanı təşvişə salıb

Bakı. Trend:

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsi rəsmi İrəvanı təşvişə salıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinin keçirilməi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə ilə birgə hərbi təlimlər Azərbaycan üçün olduqca vacibdir: “İlk öncə ona görə ki, bu kimi amillər iki ölkə arasında strateji müttəfiqliyi gücləndirməyə əsas verir. Türkiyə NATO ölkəsidir və Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarını öyrənir. Digər tərəfdən Türkiyə ordusu Suriyada terrorla mübarizədə böyük təcrübələr qazanmışdır. Bütün bu mücadilələrin çoxunun da dağlıq bölgələrdə həyata keçirildiyini və Dağlıq Qarabağ, eləcə də işğal altındakı ətraf rayonların da dağlıq bölgələrdə yerləşməsini nəzərə alaraq, bu kimi təlimlərin effektiv nəticələr verə biləcəyinə inanırıq. Buna görə də, Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün olduqca önəmli faktördür və məhz bu amillər Ermənistana sözün əsil mənasında bir mesajdır.

Əslində, Türkiyə Azərbaycan arasında belə strateji müttəfiqliyin güclənməsi həm Ermənistana, həm Rusiyaya qarşı bir növ göz dağıdır. Ermənistan və Rusiya hakimiyyəti sözün əsil mənasında bu müttəfiqlikdən çox narahatdır. Bunu biz onların siyasi yazarlarının fikirləri və mətbu yayınları üzərindədən müşahidə edirik.

Əslində, bir məqam var, erməni ictimaiyyəti bunun fərqindədir. Türkiyə kimi hərbi gücə malik bir dövlətin Azərbaycana dəstək olmasını nəzərə alaraq, Ermənistan işğalçılıq siyasətindən geri dönməli, Azərbaycanın torpaqlarını geri verməlidir. Belə olduğu halda, Ermənistan iqtisadi baxımdan asılılıqdan xilas olacaq. Bu əslində erməni ictimaiyyətinin rifahı üçün gərəkli amildir. Bu tendensiya isə Rusiyanın ehtiyat etdiyi məqamlardandır. Rəsmi İrəvanın vəzifə düşkünü olan Paşinyan rejminin əlində olduğunu nəzərə alaraq, belə bir güclü strateji addımı onun ata biləcəyini düşünmək qeyrimümkündür. Amma erməni ictimaiyyəti bu gərçəkləri görməlidir. Çünki Azərbaycan və Türkiyə heç bir zaman heç bir millətin etnik təmizlənməsində maraqlı olmayıb. Buna görə də, hesab edirəm erməni ictimaiyyəti mövcud şəraiti və Azərbaycan-Türkiyə gücünü dəyərləndirərək, ədalətli addım atacaqdır. Əks halda, 30 ildir öz həllini tapmayan Dağlıq Qarabağın işğalı müharibə yolu ilə nəticələnəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti