...

Ceyhun Bayramov bu gün Moskvaya səfər edəcək

Siyasət Materials 9 Oktyabr 2020 12:29 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti