...

Müdafiə Nazirliyi: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

Siyasət Materials 11 Oktyabr 2020 16:19 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən bildirib.

Xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti