...

Politoloq: Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir

Siyasət Materials 12 Oktyabr 2020 12:39 (UTC +04:00)
Politoloq: Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir

Bakı. İlhamə İsabalayeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların pozulması bu gün də ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradıblar.

Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq sənədlərdə öz əksini tapıb.

Alim əlavə edib ki, işğalçı olmasına baxmayaraq, Ermənistan beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı təkliflərinə məhəl qoymur, torpaqları işğaldan azad etmir, Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsinə çalışır:

Z.Əliyevin sözlərinə görə, humanitar məqsədlərlə atəşkəs elan edildikdən sonra da Ermənistanın Azərbaycan ərazilərini raket atəşinə tutması və dinc əhalini öldürməsi bir daha bunu sübut etdi ki, Ermənistan Cənubi Qafqazda sabitliyi pozan başlıca amildir. Erməni təxribatları sistemli xarakter daşıyır. Rəsmi Yerevanın bu ilin iyul, avqust və sentyabr aylarında törətdiyi hərbi təxribatlar regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadəyə təhrik edir. Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə, eləcə də "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasına, BMT-nin Uşaq Hüquqları Konvensiyasına, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməyərək mütəmadi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur və müharibə cinayətlərini davam etdirir:

"Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Bərdə, Füzuli, Ağdam ərazilərində dinc əhalini hədəfə alan ermənilərin niyyəti bəllidir. Bu niyyət terror törətmək, daha çox dinc əhalinin zərər görməsinə nail olmaq, regionda stabilliyi, danışıqlar prosesini pozmaqdır. Döyüşü müharibə ərazisindən kənarda davam etdirən Ermənistan bir daha işğalçı mövqeyini ortaya qoyur. Qarabağ münaqişəsi həll olunub bitməyənə qədər, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayana qədər bu münaqişə bitməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında davamlı olaraq bildirir. Moskvada əldə olunan razılaşma sadəcə müddətlidir və bu, müharibədə baş verən bir prosesdir. Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu müqəddəs müharibənin tezliklə qələbə ilə başa çatacağına, torpaqlarımızın işğaldan azad olunacağına tam əmindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti