...

Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

Siyasət Materials 20 Oktyabr 2020 11:03 (UTC +04:00)
Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

Bakı. Trend:

Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.

Trend-in məlumatına görə, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edəcək.

Daha sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti