Bakı. Trend:
İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.