...

Ermənistanın baş naziri bu gün öz xalqına qarşı genosid törədir

Siyasət Materials 5 Noyabr 2020 14:51 (UTC +04:00)
Ermənistanın baş naziri bu gün öz xalqına qarşı genosid törədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın indiki baş naziri Nikol Paşinyan insanları məcburi şəkildə döyüş bölgəsinə göndərməklə sadəcə olaraq öz millətini qırdırır. Bu gün genosidi öz xalqına qarşı Ermənistanın baş naziri edir.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistanın qadınları, uşaqları, qocaları döyüş bölgəsinə göndərməsi müharibə qanunlarına ziddir. Dövlət struktur rəhbərlərinin məcburən könüllü dəstələr yığıb döyüş bölgəsinə göndərmək istəməsi də hərb qaydalarına uyğun deyil: “Birincisi, bunlar döyüşmək üçün hazırlıqsızdırlar. İkincisi isə müharibə artıq ənənəvi müharibə formatından çıxıb. Bu gün raket, dron, zenit komplekslərinin işlədiyi bir dövrdür”.

Deputatın bildirdiyinə görə, döyüşə məcburi aparmalar ermənilərin döyüşə getməməsi üçün müxtəlif variantlar fikirləşməsinə gətirib çıxarır. Ermənistan tərəfindən döyüş bölgəsinə göndərilənlərin böyük bir hissəsi isə artıq ya həlak olub, ya da yoxa çıxıb. Ermənistanda övladlarının, ərlərinin, yaxın qohumlarının Azərbaycana əsir düşməsini arzulayanların sayı həddindən artıq çoxdur:

“Çünki bilirlər ki, belə olan halda onların yaxınları geriyə qayıdacaq. Ermənistan öz məğlubiyyətini etiraf etmək istəmir. Bu baxımdan Ermənistan rəhbərliyinin düşüncəsizliyi ilk növbədə öz xalqını qırğına verməsi ilə nəticələnir. Bu müharibə yalnız işğal edilmiş Azərbaycan torpaqlarında deyil, eyni zamanda Ermənistanın içində də gedir. Ermənistan daxilindəki həmin müharibənin səbəbkarı və təşəbbüskarı da bu ölkənin indiki hakimiyyət orqanıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti