...

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək - Prezidentin köməkçisi (FOTO)

Siyasət Materials 7 Noyabr 2020 20:11 (UTC +04:00)
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək - Prezidentin köməkçisi (FOTO)

Bakı. Trend:

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti