...

Qarabağda bərpa işlərinə İtaliya kimi dost ölkələrin cəlb olunması strateji əhəmiyyət daşıyır - Ekspert

Siyasət Materials 8 Dekabr 2020 18:48 (UTC +04:00)
Qarabağda bərpa işlərinə İtaliya kimi dost ölkələrin cəlb olunması strateji əhəmiyyət daşıyır - Ekspert

Bakı. Samir Əli - Trend:

İtaliya parlamentinin rəhbərliyini qəbul edərkən Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra ideyalar əslində ölkəmizin postmüharibə dövründə dinc və bərpa siyasətinin yeni istiqamətlərinin təqdimatı baxımından çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Prezident ilk növbədə azad edilmiş rayonlarımızın tam bərpa edilməsində Azərbaycan dövlətinin lazımi iradə və rıçaqlara malik olduğunu aydın ifadə etdi: "İtaliya parlamentarilərinə deyilən fikirlər həm də bütün dünya üçün o deməkdir ki, Azərbaycan çətin günlərin dost və dürüst ölkələrinin davranışlarını unutmur və dost ölkələrə münasibətdə siyasətini dəyişməz prinsiplər üzərində qurur. Prezident döst və qeyri-dost ölkələr üçün də Azərbaycanın 44 günlük çətin müharibəsinin sınaq pilləsi olduğunu tamamilə doğru olaraq nümayiş etdirdi.

Prezident İlham Əliyevin "bərpa işlərində İtaliya şirkətlərinin də fəal iştirakını əhəmiyyətli hesab edirik" məntiqi ilə söylədiyi fikirlər dostlara da, qeyri-dostlara da ibrətamiz mesajdır.

Müharibədən sonra azad edilmiş rayonlarımızın ayrıca bərpa mərhələsinin bəyan edilməsi Prezidentin ölkəmiz üçün müəyyən etdiyi yeni iqtisadi və xarici investorlarla yeni əməkdaşlıq kursudur".

Baş redaktor deyib ki, İtaliya parlamentariləri Azərbaycanın bərpa mərhələsində dost ölkələrin investorları ilə yerli şirkətlərin işgüzar əməkdaşlığına üstünlük veriləcəyini ən yüksək səviyyədə eşitdilər: "Prezident İtaliya şirkətlərini fəal investisiya işlərinə dəvət etməklə onu da göstərdi ki, Azərbaycan dost və nüttəfiq ölkələrə həmişə sadiqdir. "Müharibə zamanı dostumuz olanlar bərpa dövründə də yanımızda olacaqlar" prinsipinə söykənən dövr başlayır. Bərpa dövründə İtaliya kimi dost ölkələrlə fəal iqtisadi-biznes əməkdaşlığı bir daha göstərəcək ki, çətin günlərdə Azərbaycanın əleyhinə gedənlər nələri itirmiş oldular.

Müharibədən sonrakı bərpa işlərinə İtaliya kimi dost ölkələrin şirkətlərinin geniş cəlb olunması strateji əhəmiyyət daşıyır".

Ekspert deyib ki, Prezident Əliyev bir daha göstərdi ki, Azərbaycanda xarici investisiyalar üçün kifayət qədər qarşılıqlı faydalı mühit var və bu mühitin imkanlarından faydalanmaqda dost və qardaş ölkələrin qarşısında geniş yol açılır: "Bərpa dövründə Azərbaycanda xarici investorlarla yeni yanaşma prinsiplərinə söykənən dövr başlayır. Prezidentin anons etdiyi bu dövrün mühüm nəticələri və dərsləri olacaq. Bütün dünya bir daha əmin olacaq ki, öz ölkəsinin böyük iqtisadi-biznes maraqlarını cinayətkar etnik millətçi lobbilərin əhəmiyyətsiz siyasi ambisiyalara qurban verən ölkələr nə qədər perspektivsiz yol tutublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti