Bakı. Elnur Bağışov – Trend:
İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığında iki ölkə arasındakı anlaşılmazlıq aradan qaldırılıb.
Trend-in məlumatına görə, telefon söhbətində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iki ölkənin yaxşı qonşuluq və dostluq münasibətlərinin olduğunu qeyd ediblər.
Telefon söhbəti zamanı iki ölkənin ölkələrin ərazi bütövlüyünə və milli hakimiyyətə hörmətlə yanaşdığı qeyd olunub.
Telefon söhbətində həmçinin qarşılıqlı etimad əsasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə ümid edilib.