...

İtaliya ilə Azərbaycan arasında Qarabağla bağlı müqavilənin imzalanması dostluğun daha bir nümunəsidir - Deputat

Siyasət Materials 19 Dekabr 2020 11:02 (UTC +04:00)
İtaliya ilə Azərbaycan arasında Qarabağla bağlı müqavilənin imzalanması dostluğun daha bir nümunəsidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan 30 il erməni işğalı altında qalan torpaqlarını azad edib, bu torpaqların dirçəldilməsi və yenidən həyat verilməsi istiqamətində işlərə başlayıb. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilər torpaqlarımızı işğal etdiyi 30 ildə bütün infrastrukturu dağıdıb, yaşayış məntəqələrini xarabalığa çevirib:

“Müzəffər ordumuz 27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində düşməni məğlub edib, torpaqlarımız 1-dekabrda işğalçılardan təmizlənərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin edib. İndi isə həmin torpaqlara yenidən həyat verilməsi, qaçqın və köçkünlərin ən qısa bir zamanda öz ata-baba yurdlarına qaytarılması üçün işlər görülür.

Təbii ki, bu ərazilərin qısa zamanda dirçəldilməsi üçün çoxlu sayda yerli və xarici şirkətlər iştirak edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi bizə dost olan və bizi dəstəkləyən ölkələrin şirkətləri bu prosedə iştiraka dəvət olunub. Türkiyə şirkətləri bu prosesə qoşulub və ilk müqaviləni imzalayıb, ikinci ölkə olaraq isə İtaliya ilə sənəd imzalanıb. Tikinti-quruculuq işlərində ilk növbədə sosial infrastrukturun qurulması prosesinə start verilib, Şuşaya avtomobil yolu və Yevlax-Ağdam- Xankəndi dəmir yollarının tikintisinə ilkin maliyyələr ayrılıb”.

Deputat qeyd edib ki, ötən gün "Azenerji" ASC-nin prezidenti Baba Rzayevlə İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Marino Cüzeppenin iştirakı ilə video-konfrans şəklində qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb:

“İmzalanmış müqaviləyə görə Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kv-luq yarımstansiyaların avadanlıqla təchizatını İtaliyanın Ansaldo Energia şirkəti həyata keçirəcək. 44 günlük Vətən müharibəsində İtaliya Azərbaycanı dəstəkləyərək öz mövqeyini açıqlayıb, senatın və hökumətin nümayəndələri ölkəmizə səfər edərək ermənilərin Gəncə və Bərdəni qadağan olunmuş raketlərdən atəşə tutmaqla törətdikləri terror hərəkətlərini yerindəcə izləyərək mətbuatda öz münasibətini bildiriblər.

İtaliya ölkəmizin çətin dövründə yanımızda olmaqla əsl dost ölkə münasibətini sərgilədi. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa ölkələrindəndir. Həm də İtaliya Xəzər dənizinin karbohidrogen yataqlarının tədqiqi və istehsalı pay bölgüsündə iştirak edib, Bakı-Tiblisi-Ceyhan borusunda 5% payına sahibdir.

Ümumiyyətlə bu illər İtaliya ilə Azərbaycanın ikitərəfli ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edib, 2007-ci ildə 1081,7 min dollardan 2018-ci ildə 6,2 milyard dollara çatıb. TAP layihəsinin istismara verilməsi və ölkəmizin qeyri-neft məhsullarının İtaliya bazarlarına ixracının artırılması ölkələrimiz arasında perspektivlərin çox olduğunu göstərir. İtaliyanın Cənubi Qafqazda iqtisadi əməkdaşlıq etdiyi əsas ölkə Azərbaycandır. İtaliyanın "Ansaldo Energia" şirkəti innovativ və geniş sənaye imkanlarına malikdir. İşğaldan azad olunmuş torpaqlarda tikinti-quruculuq işlərində İtaliya şirkətlərinin iştirakı ölkəmizə yeni Avropa texnologiyalarının gəlməsini şərtləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti