...

Radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır - Deputat

Siyasət Materials 30 Dekabr 2020 11:38 (UTC +04:00)
Radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Radikal müxalifət nümayəndələri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə kölgə salmağa çalışırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, həmin insanlar cəmiyyəti aldatmağa çalışırlar: “Adlarını çəkmək istəmədiyim bəzi partiyalar yalnış informasiyalar yayır, insanları aldatmağa çalışırlar. Özləri hərbi xdmətdə olmayan, əlində bir dəfə də olsun silah tutmayan adamlar gəlib qəribə fikirlər səsləndirirlər. Azərbaycan ordusu öz qüdrətini göstərərək torpaqlarımızı işğaldan azad edib. İndi yalan informasiyalarla insanları çaşdırmaq olmaz, bütün insanlar həqiqəti görür.

Qalibiyyətimizi həzm edə bilməyən radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır. Ancaq onların bu çirkin niyyəti baş tutmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti