...

AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi

Siyasət Materials 25 Yanvar 2021 20:30 (UTC +04:00)

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyası ikinci Qarabağ müharibəsinə son qoyan Ermənistan və Azərbaycan arasında [Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyannaməsi çərçivəsində] noyabr atəşkəsini alqışlayıb.

Trend-in məlumatına görə, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın 2021-ci ilin qış plenar iclası zamanı deyib.

Baş katib qeyd edib ki, Parlament Assambleyası təşkilatın sülhü qorumaqda öz rolunu oynamasını təmin etmək üçün daima çalışır: "Bu, digər cari problemlərin həlli üçün də eyni dərəcədə doğrudur. Məsələn, keçən il Dağlıq Qarabağda və ətrafında başlayan münaqişə. Biz dəfələrlə sülhün təmin edilməsinin zəruriliyini bildirmişik və Ermənistanla Azərbaycan arasında noyabr atəşkəsini alqışladıq. Hər iki ölkənin milli hakimiyyəti ilə məsləhətləşmələr aparılıb".

Baş katib əlavə edib ki, bu danışıqlarda AŞPA mandatına uyğun olaraq münaqişədən sonrakı yardımda Avropa Şurasının rolu müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti