Bakı. Orxan Nəbiyev - Trend:
Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanazio və bir polis əməkdaşının hücum nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.
O baş verən hadisə ilə bağlı təəssüfünü bildirib: "Həlak olanların yaxınlarına və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk".