...

Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır

Siyasət Materials 7 May 2021 12:49 (UTC +04:00)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır

Bakı. Trend:

Kanada Xarici İşlər Nazirliyi Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Qurum bildirir ki, Kanada bu addımı hərtərəfli tənzimləməyə doğru atılan addım kimi qiymətləndirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan bir neçə gün əvvəl Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti