...

Ceyhun Bayramov Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıb

Siyasət Materials 4 İyun 2021 17:10 (UTC +04:00)
Ceyhun Bayramov Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıb

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıb.

Trend-in məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

C.Bayramov ikisi jurnalist olmaqla, üç Azərbaycan vətəndaşının Kəlbəcərdə mina partlaması nəticəsində həlak olması ilə bağlı təəssüfləndiyini bildirib:

“Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırırıq. Onların bu tələbi yerinə yetirməkdən imtina etdiyi hər gün daha çox həyat təhlükə altında qalır!”

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti