Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tam inteqrasiya olunmuş regionun inkişafı üçün unikal imkanlar açır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 5-ci Trans-Xəzər forumunda deyib.
O bildirib ki, 2020-ci ildə baş vermiş ən fundamental dəyişiklik Azərbaycan ərazilərinin azad edilməsi olub:
"Bu, regionun inkişafı, Ermənistanın və digər ölkələrin kommunikasiya və nəqliyyat layihələrinə cəlb olunması üçün unikal imkanlar açır. Bu imkanı əldən vermək olmaz. Amerikalı həmkarlarımı bu imkandan istifadə etməyə çağırıram"
(Tərcümə: Orxan Nəbiyev)