...

Azərbaycanın Pakistana yeni səfiri təyin edildi

Siyasət Materials 16 İyul 2021 17:45 (UTC +04:00)
Azərbaycanın Pakistana yeni səfiri təyin edildi

Bakı. Trend:

Prezident İlham Əliyev X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti