...

Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Sentyabr 2021 15:50 (UTC +04:00)
Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib.

Trend-in məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.

K.Vəliyevi Baş Qərargah rəisi təyin olunması ilə bağlı təbrik edən H.Akar Türkiyənin "Bir millət, iki dövlət" anlaylışı ilə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olacağını bildirib.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti