Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazın rifahını təmin edəcək.
Trend-in məlumatına görə, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla cümə axşamı keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Çex Respublikası Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyir:
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda rifahı və dayanıqlı sülhü təmin edəcək. Biz, həmçinin ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutmuş görüşünü alqışlayırıq".
Nazir İkinci Qarabağ müharibəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.