...

Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat

Siyasət Materials 26 Oktyabr 2021 16:00 (UTC +04:00)
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən gün Prezident İlham Əliyev Qubadlıya səfəri zaman çox vacib bir məsələyə toxundu. Dövlət başçısı qeyd etdi ki, azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Əlbəttə, şəhidlərimizin adının əbədiləşdirilməsi baxımından bu çox mühüm bir addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, şəhidlərin adının küçələrə, məktəblərə verilməsi hər bir vətəndanşımızın istəyidir: “Bu addım şəhidlərimizin adının əbədiləşdirilməsi üçün vacib bir addmdır. Xüsusilə də azad edilmiş ərazilərimizdə şəhidlərimzin adına küçələrin, məktəblərin olması həm mənəvi, həm də tarixi baxımdan daha böyük önəm kəsb edir. Hər bir şəhidin şəhid olduğu kənddə, şəhərdə adına küçənin, məktəbin olması onların tarixə çevrilməsini şərtləndirəcək”.

A.Həsənova qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəni qəhrəman şəhidlərimizin qanı, canı bahasına əldə etdi: “Şəhidlərimiz öz canlarını qurban verərək 30 il erməni işğalı altında qalan torpaqlarımızı azad etdilər, xalqımıza qələbə sevinci yaşatdılar. Əlbəttə ki, xalqımız hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur.

Bu baxımdan, işğaldan azad edilən ərazilərdə şəhid adlarına küçələrin verilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canını Vətənə fəda edərək Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olacaq.

Eyni zamanda, düşünürəm ki, bu addım şəhidlərimizin qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı. Vətən müharibəsi Azərbaycan xalqının şanli tarixinə çevrilib. Bu qəhrəmanlıqları, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti