...

Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir - İqor Korotçenko

Siyasət Materials 7 Noyabr 2021 12:53 (UTC +04:00)
Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir - İqor Korotçenko

Bakı. Cani Babayeva - Trend:

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu kimi planetar miqyaslı mötəbər tədbirin keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir.

Bu barədə Trend-ə Rusiyanın nüfuzlu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib:

"Belə genişmiqyaslı forumun Bakıda keçirilməsi şəxsən məni təəccübləndirmir, çünki biz Azərbaycanın BMT-də pandemiyanın nəticələrini təhlil etmək, pandemiyanın fəsadlarının gətirdiyi çağırışlara cavab axtarmağa həsr olunmuş təşəbbüslərini xatırlayırıq".

İ.Korotçenko vurğulayıb ki, görkəmli siyasətçilər, beynəlxalq ekspertlər “COVID-19-dan sonrakı dünya” VIII Qlobal Bakı Forumunda iştirak ediblər: "Bu, onun göstəricisidir ki, bu gün onlar təkcə Vaşinqtonda, Pekində, Moskvada, Berlində deyil, həm də Bakıda zamanın çağırışlarına cavab axtarırlar".

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti