...

Ərdoğan Zəfər Günü ilə bağlı Azərbaycanı təbrik edib

Siyasət Materials 8 Noyabr 2021 16:58 (UTC +04:00)
Ərdoğan Zəfər Günü ilə bağlı Azərbaycanı təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpağının hürriyətinə qovuşduğunu müjdələyən bu şanlı günü ən səmimi arzularımla təbrik edirəm.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi "Twitter" hesabında yazıb.

Prezident bildirib: “Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti