...

Cənubi Qafqazda tənzimləməyə nail olmaq üçün irəliyə baxmaq lazımdır - Rusiyalı politoloq (FOTO)

Siyasət Materials 15 Noyabr 2021 12:24 (UTC +04:00)
Cənubi Qafqazda tənzimləməyə nail olmaq üçün irəliyə baxmaq lazımdır - Rusiyalı politoloq (FOTO)

Bakı. Trend:

Cənubi Qafqazda tənzimləməyə nail olmaq üçün irəliyə baxmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya siyasi ekspertlərinin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin baş tutmuş səfərinin əsas məqsədi Qarabağı ziyarət və oranın bərpası ilə tanışlıq idi.

"Şuşaya Rusiya tərəfindən çoxlu sayda iştirakçı, eləcə də azərbaycanlı deputatlar və ekspertlər səfər etmişdi. Vəziyyətin tənzimlənməsi ilə bağlı maraqlı təşəbbüslərin müzakirə olunduğu konfrans uğurla keçdi" - deyə S.Markov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti