...

Prezident İlham Əliyev uzun illər ərzində addım-addım qələbəni hazırladı - Polad Bülbüloğlu

Siyasət Materials 24 Dekabr 2021 14:22 (UTC +04:00)
Prezident İlham Əliyev uzun illər ərzində addım-addım qələbəni hazırladı - Polad Bülbüloğlu

Bakı. Trend:

Prezident İlham Əliyev uzun illər ərzində addım-addım qələbəni hazırladı.

Bunu Trend İnformasiya Agentliyinin "Əziz Prezident" adlı sənədli filmində Xalq artisti Polad Bülbüloğlu deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu deyən P.Bülbüloğlunun sözlərinə görə, Qarabağ zəfəri məhz Prezident İlham Əliyevin iradəsi sayəsində qazanıldı.

"Prezident İlham Əliyev uzun illər ərzində addım-addım, damla-damla, zərgər kimi qələbəni hazırladı. Nəticədə Azərbaycan tarixində görünməyən bir qələbə çalındı. Bizim millətimiz ayağa qalxdı. Bu gün hər kəsin gözünə dik baxa bilirik. Biz bu gün qalib ölkəyik, qalib millətik və bunların hamısı Prezident İlham Əliyevin sayəsində oldu. Hisslərimi ifadə etməyə söz tapmıram. Ona görə ki, Prezident böyük işlər gördü, milləti zirvələrə qaldırdı. Torpaqlarımızı geri qaytararaq 60 illik yubileyi ərəfəsində özünə də, bütün xalqımıza da, şəxsən mənə də böyük bir hədiyyə etdi. Tarixdə misli-bərabəri olmayan bir qələbə çalındı. Bu qələbə Prezident İlham Əliyevin iradəsi sayəsində qazanıldı, müəllifi Prezident İlham Əliyevdir. Torpaqlarımız işğalda olduğu müddətdə iki dəfə Qarabağda, Şuşada oldum. Həmişə oradan gözüyaşlı ayrılarkən deyirdik ki, ”Biz buraya nə zaman qayıdacağıq?”. Çox maraqlıdır ki, bizim görüşlərimizdə həmişə Prezident İlham Əliyevdən soruşurdum ki, "biz nə zaman Şuşaya qayıdacağıq?", Prezident İlham Əliyev də hər zaman inamla deyirdi ki, "mütləq qayıdacağıq!"", – deyə P.Bülbüloğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti