Bakı. Maryana Əhmədova - Trend:
Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıtması baxımından çox vacibdir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda çox sayda Britaniya şirkəti Qarabağda minaların təmizlənməsi prosesində iştirak edir.
"Biz şadıq ki, azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesində iştirak edirik. Proses uğurla davam edir. Bu, məcburi köçkünlərin öz evlərinə qayıtması baxımından çox vacibdir", - deyə səfir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)