...

Fərrux Zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir - Sevil Mikayılova

Siyasət Materials 28 Mart 2022 13:09 (UTC +04:00)
Fərrux Zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir - Sevil Mikayılova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan torpaqlarının separatçı ünsürlərdən təmizlənməsi uğurla davam edir, üçrəngli bayrağımız artıq Fərrux kəndində dalğalanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan torpaqlarının bütövləşməsi tarixi nailiyyətimizidir və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz zəfər tarixini yazmaqda davam edir.

“Fərrux zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir, məsələlər səbr və təmkinlə həllini tapır. Azərbaycan xalqı hər zaman öz liderinə güvənib və bütün mürəkkəb problemlərin çözülməsində Ali Baş Komandanın iradəsinə etibar edib. Bu gün bizi qürurlandıran qələbəmiz məhz cənab Prezident İlham Əliyevin uzaqgörən, çevik və müdrik siyasətinin təntənəsidir. İşğaldan azad olunmuş Vətən torpaqlarına ayaq basdıqca duyduğumuz sonsuz fəxarət hissi bu siyasətin zirvəsdir”, - deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, Fərrux zəfəri müxtəlif siyasi oyunların rəzil iştirakçısına çevrilmiş erməni separatçılarına növbəti görk olmalı, qeyri-qanuni silahlı birləşmələr silahı yerə qoyub Azərbaycanın suveren hüquqlarına hörmət etməkdən başqa yol olmadığını anlamalıdırlar.

“Fərrux kəndi ətrafında səngər qazan silahlılar kimi digərləri də elə həmin “quyu”ya düşəcəklər. Azərbaycan Ordusu vəziyyəti nəzarətdə saxlayır, istənilən qanunsuz hərəkətin qarşısı alınacaq.

Rusiya sülhməramlılarına arxalanıb keçmişə qayıtmaq arzusunda olanlar Fərrux əməliyyatından nəticə çıxarmalıdırlar. Azərbaycan Ordusu uğurla irəliyə gedir.

Burada xüsusi qeyd etmək lazımdır kı, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi qanunsuz erməni birləşmələrinin ərazilərimizdən çıxarılmasını tələb edir. Rusiya sülhməramlılarının bölgədə yerləşməi ilə bu qanunsuz birləşmələrin neytrallaşdırılması paralel baş verməli idi. Təəssüf ki, erməni separatçılarının qanunsuz əməllərinə göz yuman sülhməramlı qüvvələr Fərrux kəndi yaxınlığında mövqe bərkitmə əməllərinə sadəcə müşahidəçi qismində qalırdılar.

Bu cür addımlar Azərbaycan və Rusiya arasında bu il 22 fevralda imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə də zidd hərəkətlərdir”, - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti