...

Brüssel görüşündən gözləntilər - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Siyasət Materials 5 Aprel 2022 17:46 (UTC +04:00)

Bakı. Trend:

Bakının məqsədi regionda sülh yaradılması ilə bağlı irəli sürülən, Azərbaycanın suverenliyinə təhdid təşkil etməyən təşəbbüsləri dəstəkləmək, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək Azərbaycanın əsas məqsədidir.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Brüssel görüşündən gözləntilər, prezidentin itkin düşmüş şəxslər üzrə beynəlxalq komissiyanin baş direktorunu qəbulu zamanı səsləndirilən fikirlər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçi Murad Sadəddinov, BMTM-in şöbə müdiri Fuad Çiraqov və Milli QHT Forumunun rəhbəri Rauf Zeyni mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti