...

Belarusun baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 May 2022 11:44 (UTC +04:00)
Belarusun baş naziri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "Interfood" beynəlxalq sərgilərinə, eləcə də "İqlim" Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti